-
Ukrayna prezidenti Petro Poroshenko deyib ki, onlar erkən seçki keçirəcək. O bildirib ki, hərbi münaqişə iqtisadi islahatların aparılmasına əngəl olmamalıdır:
«Müharibə islahatları təxirə salmaq üçün səbəb deyil».
Poroshenko avqustun 1-də yerli TV-yə verdiyi müsahibəsində deyib ki, payızda yeni parlament olacaq və islahatlara başlayacaq. Amma o, seçki gününün tarixi ilə bağlı əlavə məlumat verməyib.
Ölkə parlamentinin səlahiyyət müddəti 2017-ci ilin fevralında başa çatır.
Poroshenko iyulun 31-də hərbi büdcənin artırılması ilə bağlı yeni qanunu imzalayıb.