-
Ukrayna ordusu Donetsk vilayətinin Marinka rayonunu rusiyameylli separatçılardan təmizləyib. Ukrayna mediasında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bununla Ukrayna antiterror qrupu Donetsk şəhərinin ətrafına çıxıb. Döyüş zamanı separatçıların iki bloqpostu dağıdılıb.
Məlumatlarda qeyd olunur ki, Luqanskda separatçılara məxsus hərbi kolon Ukrayna hərbçilərinin pusqusuna düşüb. Nəticədə onların 7 tankı, 5 «BTR», 3 «Qrad» qurğusu və 5 maşın hərbi sursatı məhv edilib.
Separatçıların yaydığı məlumatlarda isə Toreza və Şaxtyorsk ərazisində Ukrayna həbçilərinin mühasirəyə alındığı, Amvrociyevkidə Ukrayna ordusuna məxsus 5 zirehli texnikanın məhv edildiyi bildirilir.