-
Bakıda yeni açılmış kitab mağazası fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Şair Zahir Əzəmətin təxminən 1 il əvvəl açdığı "Zero" kitab dükanı iqtisadi cəhətdən özünü doğrultmadığı üçün bağlanır.
Avqustun 20-cən dükandakı bütün kitablar endirimlə satılacaq.
Amma dükan bağlansa da, Zahir Əzəmət kitab satışı işini on-line davam etdirəcək - www.alokitab.az saytında.