Avqustun 17-də Batumidə keçiriləcək Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın üçüncü iclası zamanı Gürcüstanın Azərbaycana dövlət borcunun növbəti restrukturizasiyasına dair saziş imzalanacaq. Bu barədə Maliyyə naziri Samir Şərifov bildirib. Sazişin imzalanmasından sonra Gürcüstan dərhal 3 milyon dollar ödəyəcək. Borcun qalan hissəsi isə 2021-ci ilə qədər qaytarılacaq.