Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:41

İsrail parlamenti Bakıdan yardım istəyir


İsrail parlamentinin iclası, 17 fevral 2003
İsrail parlamentinin iclası, 17 fevral 2003

İsrail parlamentinin (Knessetin) üzvləri üç əsgərin azad edilməsində yardım üçün Azərbaycana müraciət edib. Avqustun 18-də Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupuna çatdırılan müraciətdə bildirilir ki, «Həmas» və «Hizbullah»ın girov saxladığı 3 İsrail əsgərinin taleyi haqqında heç bir məlumat ala bilmirlər.


İsrail parlamentinin 110 nəfər üzvünün imzaladığı sənəddə Azərbaycan tərəfdən xahiş edilir ki, əsgərlərin azadlığa buraxılması üçün öz köməyini əsirgəməsin. İsrailin Bakıdakı səfirliyindən «Azadlıq» radiosuna bildiriblər ki, bu müraciət bir sıra başqa müsəlman dövlətlərinə də ünvanlanıb.


İsrail əsgərləri iki ay əvvəl girov götürülüblər. Bu hadisədən sonra İsrailin hərbi hissələri Livan sərhədini keçərək «Hizbullah»a qarşı geniş hərbi əməliyyatlara başlamışdı. Müraciətə Azərbaycan tərəfi hələ cavab verməyib.



XS
SM
MD
LG