Abituriyentlər SQK-na aşağıdakı sənədləri təqdim etməlidirlər: orta təhsil haqda sənədin əsli, şəxsiyyət vəsiqəsi (16 yaşı 2006-cı il avqustun 1-dək tamam olmayanlar doğum haqqında şəhadətnamənin əsli);hamısı eyni olmaq şərtilə yeni çəkilmiş 3x4 ölçüdə 4 fotoşəkil.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar ixtisaslar siyahısında ulduz «*» işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisasları seçən abituriyentlər:
- sentyabrın 4-dən 7-dək seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasların aid olduğu texnikumların hər birində qabiliyyət imtahanında iştirak etməli;
- sentyabrın 9-dək qabiliyyət imtahanı verdiyi texnikumlardan birində ərizə forması doldurmalıdırlar.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasların da kodlarını seçmək imkanı verilir Qabiliyyət imtahanının nəticələri “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir.
Qabiliyyət imtahanından “qeyri-məqbul” alan abituriyentlər ərizələrində yalnız xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərə bilərlər.
Orta ixtisas məktəblərinin siyahısı, qəbul qaydaları, elanı, «Abituriyentin ərizəsi» formasının doldurulma qaydası, ixtisas kodları «Abituriyent» jurnalının 9-cu sayında dərc olunmuşdur. Orta ixtisas məktəblərinə sənəd qəbulu ilə bağlı məlumatlarla TQDK-nın İnternet saytından tanış olmaq mümkündür.