ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun elmi araşdırmalar üzrə direktoru direktor müavini Svante Kornellin «Azadlıq» radiosuna müsahibəsi.
-Cənab Kornell, Qarabağ münaqişəsi ilə bağlı danışıqların indiki mərhələsini necə qiymətləndirmək olar?
-Məncə, ən böyük problem danışıqların strukturu ilə bağlıdır. Uzun illərdi Minsk Qrupu fəaliyyət göstərir. Qrupun formatında bəzi problemlər var.
-Yəni format dəyişdirilməlidir?
-Son zamanlar Bakı danışıqları BMT çərçivəsinə keçirilməsinə səy göstərir. Bu təşkilat nə dərəcədə uğurlu variant ola bilər?
-Məncə, BMT bu formata uyğun gəlir. Amma onu da nəzərə almaq lazımdır ki, BMT Abxaziya münaqişəsinin həllində o qədər uğurlu olmadı.
-Müşahidəçilərə görə, Azərbaycanda demokratik islahatlarla bağlı müəyyən problemlər müşahidə olunur. Bu prosesləri izləyirsinizmi?
-Azərbaycanın daxilində gedən proseslər çox vacibdir. Həm Qarabağ münaqişəsinin həlli, həm də Azərbaycanın iqtisadi inkişafı baxımından. Eyni zamanda, Azərbaycanın Qərb ölkələri ilə əlaqəsinin inkişafı üçün iqtisadi və siyasi islahatların aparılması çox vacibdir. Azərbaycanın neft gəlirləri artdıqca iqtisadi islahatların tempi aşağı düşə bilər. Bəlkə də, gəlir artdıqca elə düşünənlər olacaq ki, islahatlar o qədər vacib deyil, onsuz da inkişaf etmək olar. Ancaq mən düşünürəm ki, islahatların davam etməsi çox vacibdir. Prezidentin başladığı islahatların sürətləndirilməsi lazımdır.
-Siyasi islahatlar dedikdə daha çox nəyi nəzərdə tutursunuz?
-Düşünürəm ki, seçki islahatları vacibdir. Eyni zamanda dövlət qurumlarının, xüsusən də hüquqi və məhkəmə sisteminin inkişafı da çox vacibdir.
-Gürcüstanın regionun lider dövlətinə çevrildiyi deyilir. İki ölkənin inkişafını müqayisə etmək olarmı?
-Gürcüstanda siyasi islahatlar daha sürətlə gedir. Amma o da var k, Avropa ölkələrindən, ABŞ-dan bu ölkəyə daha artıq yardım və dəstək gəlir. Onun üçün burda islahatların sürətli getməsi normaldır. Avropada və ABŞ-da belə bir təsəvvür var ki, Azərbaycan Gürcüstan hökuməti qədər islahat istəyini anlada bilmədi. Azərbaycanda neft gəlirləri artdıqca düşünürlər ki, Bakı islahatları təkbaşına da apara bilər. Məncə, bu səhvdir. Gürcüstan və Azərbaycan kimi ölkələrin xaricdən dəstəyə ehtiyacı var.