Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:52

«Neft gəlirləri hamınındırmı?»


Sentyabrın 19-dan isə Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası regionlarda tədbirlərə başlayacaq
Sentyabrın 19-dan isə Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası regionlarda tədbirlərə başlayacaq

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası sentyabrın 18-dən «Neft gəlirləri hamımızındır» kampaniyasına başlayır. Koalisiya Şurasının üzvü Oqtay Güləliyevin sözlərinə görə, bir ay davam edəcək kampaniya çərçivəsində doqquz iri layihə həyata keçiriləcək. Kampaniyanın əsas məqsədi Azərbaycan cəmiyyətinin diqqətini neft gəlirlərinə və onun necə xərclənməsinə yönəltməkdən ibarətdir. Cənab Güləliyevin sözlərinə görə, belə bir kampaniya başlamaqla bütün vətəndaşlara çatdırmaq istəyirlər ki, onlar neft gəlirlərilə bağlı bütün məsələlərdən xəbərdar olsunlar, ümumiyyətlə heç kim bu məsələyə laqeyd yanaşmasın və hamı bilsin ki, neft gəlirləri hamınındır. Elə bu baxımdan da kampaniyanın məqsədi də odur ki, hamının hesab edilən neft gəlirlərinin necə xərclənməsinə hamı cavabdehliyini hiss etsin. Sentyabrın 19-dan isə Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası regionlarda tədbirlərə başlayacaq. İlk tədbirə Siyəzən rayonundan başlayacaqlarını deyən Oqtay Güləliyevin sözlərinə görə, ümumilikdə neft gəlirlərinin şəffaflığına həsr olunmuş tədbirlər respublikanın 10-dan artıq bölgəsini əhatə edəcək.


İki il əvvəl fəaliyyətə başlayan Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasına 80-ə yaxın ictimai təşkilat daxildir.


XS
SM
MD
LG