2007-ci ildə Azərbaycanda rekord həcmdə - 30 milyon ton neft çıxarılması gözlənilir. Bu rəqəm hazırlanmaqda olan yanacaq–enerji balansında yer alıb. Sənaye və Energetika Nazirliyindən verilən məlumata görə, indi rəqəmlərin dəqiqləşdirilməsi prosesi gedir.
Azərbaycanda bir ilə ən çox 1941-ci ildə 23,5 milyon ton neft hasil edilib. 2008-ci ildə isə «Azəri» yatağının tam işlənməsinə başlanandan sonra illik neft hasilatının 50 milyon tona çatması nəzərdə tutulub.