Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:45

«Qış yuxusu» filmi «Oscar» yolunu tutur


«Qış yuxusu» filmindən kadr
«Qış yuxusu» filmindən kadr

-

Türkiyənin Mədəniyyət və Turizm naziri Ömer Çelik 87-ci «Oscar» Mükafatında ölkəsini Nuri Bilge Ceylan-ın «Kış Uykusu» («Qış yuxusu») filminin təmsil edəcəyini bildirib.

Türkiyə mediasının yazdığına görə, nazir Çelik «twitter»dən verdiyi açıqlamada Ceylan-ın «Kış Uykusu» filminin 67-ci Kann Film Festivalında «Qızıl Palma» mükafatına layiq görüldüyünü də xatırladıb.

Çelik: «Beynəlxalq arenada böyük nailiyyətlər əldə edən Nuri Bilge Ceylan-ın eyni bacarığı «Oscar» yolunda da göstərəcəyinə ümid edir və ona uğurlar diləyirəm» yazıb.

Baş rollarını Haluk Bilginer, Melisa Sözen və Demet Akbağ-ın oynadığı «Kış Uykusu» filmi Yılmaz Güney-in «Yol» filmindən sonra «Qızıl Palma budağı» qazanan ikinci türk filmi olub.

Film Kapadokya bölgəsində cəmiyyətdən uzaqlaşıb tək-tənha yaşayan yaşlı bir aktyorun həyat hekayəsini ekrana gətirir.

XS
SM
MD
LG