Türkiyənin baş naziri Erdoganın televiziya ilə çıxışında dediyi sözlər ermənilər əleyhinə irqçilik kimi qarşılanıb.
Avqustun 5-də televiziya ilə çıxış edən Erdoğan şikayətlənib ki, müxalifət ona qarşı kampaniya aparır ki, o, gürcü əsillidir.
Erdogan deyib: “onlar mənə gürcü deyirlər. Məni bağışlayın, mənə daha çirkin şeyler söyləyənlər oldu, ermeni dedilər" .
Erdoganın bu sözləri mediada çox kəskin qarşılanıb. Müxalifət deputatı hətta Erdoğana qarşı irqi nifrət yaratmaq ittihamı ilə iddia qaldırıb.
Avqustun 10-da Türkiyədə prezident seçkiləridir. Seçkiləri Erdoganın udcağı gözlənilir.