Rusiyaya birləşdirilmiş Krımdakı hakimiyyət bu gündən başlayaraq ukraynalı qaçqınları digər regionlara yerləşdirir. Həmin qaçqınlar müvəqqəti sığınacaqlarda qalırlar.
Krımı gündə minə yaxın qaçqının tərk edəcəyi gözlənir. Tanınmamış respublikanın hakim orqanlarının dəyərləndirməsinə görə, hazırda qaçqın düşərgələrində 7 mindən çox adam var. Bundan əlavə, son vaxtlar Krıma hər gün 500-700 ukraynalı köçkün gəlir.
Müşahidəçilərin fikrincə, çoxları Krımı tərk etmək istəmir, Ukraynana qayıtmağı düşünür. Rusiya regionlarına yerləşdirilənlər etiraf edirlər ki, daha çox şey gözləyirdilər.
Ekspertlərin qənaətinə görə, Krımdan qaçqınların köçürülməsi Rusiya Federal Miqrasiya Xidmətinin son təşəbbüsü ilə bağlıdır. Xidmət sentyabrın 1-dək Krıma və Rusiyanın digər regionlarında ukraynalı qaçqınların müvəqqəti məskunlaşma məntəqələrini bağlamaq qərarına gəlib.
Rusiya hökuməti qərar verib ki, qaçqınları Moskvaya, Moskva vilayətinə, Peterburq, Rostov və Çeçenistana köçürməyəcəklər.