Ukrayna üzərində vurulmuş Malayziya təyyarəsində həlak olmuş 20 malayziyalının meyit və külü Kuala Lumpura gəlib.
Xüsusi təyyarə Amsterdamdan gəlib. Bütün meyitlər ilk öncə Niderlanda çatdırılıb.
Təyyarədəki 298 nəfərin hamısı həlak olub. Boinq Ukraynanın ruisyayönlü separatçıların nəzarətində olan şərqində vurulub.
Qurbanlar içində 43 malayziyalı və 195 niderlandlı vardı.