Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:41

Kiyev yük maşınlarının hərəkətini «təcavüz» adlandırır [Video]


Rusiyanın yük maşınları Ukraynaya girir
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Rusiyanın yük maşınları Ukraynaya girir

-

Ukrayna prezidenti Petro Poroshenko Rusiyanın humanitar yardım maşınlarının Kiyevin razılığı olmadan Ukranaya girməsini beynəlxalq qanunların pozuntusu adlandırıb.

Ancaq Kiyev bildirir ki, maşınlara atəş açılmayacaq.

Ukraynanın xarici işlər nazirliyi maşınların təhlükəsiz hərəkətinin təmin olunacağını deyib.

Ukraynanın təhlükəsizlik rəsmisi Rusiyanın humanitar yardım konvoyunun - yük maşınlarının Ukraynaya girməsini “birbaşa təcavüz” adlandırıb.

Avqustun 22-də Rusiyanın onlarla yük maşını Kiyevin icazəsi olmadan Ukraynanın şərqinə doğru hərəkətə başlayıb.

Moskva bundan əvvəl Kiyevi süni əngəllər yaratmaqda ittiham edirdi.

Ukrayna hərbi sözçüsü Lysenko deyib ki, 90 yük maşınının Qızıl Xaçın müşayəti olmadan ölkə ərazisinə girməsi Ukrayna ilə Rusiya arasında razılaşmanın pozulmasıdır.

Dövlət Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Nalyvaychenko yük maşınlarının hərəkətini “birbaşa təcavüz” hesab edir.

RUSİYA YÜK MAŞINLARININ MÜDAXİLƏSİNİ BELƏ İZAH EDİR

Rusiya bildirib ki, gecikdirmələrdən bezdi və humanitar yardım konvoyundan olan ilk yük maşınlarını avqustun 22-də Ukraynanın Şərq regionuna yola salıb.

İnterfaks agentliyi adı çəkilməyən Ukrayna rəsmisinə istinadla bildirir ki, Kiyevin razılığı olmadan Rusiyanın yük maşınları Ukrayna sərhəddini keçib və Qızıl Xaç bu maşınları müşayət etmir, çünki təhlükəsizliyə təminat yoxdur.

Qızıl Xaç Təşkilatı öz Twitter səhifəsində yazır ki,”vuruşan tərəflərdən kifayət qədər təhlülkəsizlik təminatı almamışıq”.

Bundan az əvvəl Moskva Kiyevi “süni tələblər” uydurmaqda ittiham etmişdi və xəbərdarlıq edirdi ki, humanitar yardımın qabağını almağa cəhd göstərilməsin. Kiyev isə bildirir ki, humanitar yardım adı ilə yaraqlılara silah göndərilə bilər.

Rusiyanın xarici işlər nazirliyinin məlumatında deyilir ki, “Humanitar fəlakət regionuna humanitar yardımı gecikdirməyə bütün səbəblər tükəndi”.

Rusiya humanitar missiyanı hər hansı şəkildə laxlatmaq cəhdinə qarşı xəbərdarlıq edib.

Rusiya bildirir ki, “Biz yenə bəyan edirik: bütün təıhlükəsizlik təminatları verilib”.

Rusiyanın bildirdiyinə görə, yük maşınları uzun müddətdir ki, Ukraynanın sərhəd xidməti və gömrüyü tərəfindən yoxlanmanı gözləyir, onlar isə hər dəfə yeni tələblərlə gəlir.

Bəyanatda deyilir ki, bu həddən ziyadə yalanlara, razılığa gələ bilməməyə daha dözmək olmaz.

Rita-Sita-nın məlumatına görə, Rusiya və Ukrayna sərhədçiləri və gömrükçüləri indiyə kimi birlikdə 34 yük maşınını yoxlayıblar.

Avqustun 12-dən Rusiyanın humanitar yardımla dolu 250-dən çox yük maşını Moskva regionundan start götürdü. Moskvanın dediyinə görə, onlar 2 min ton ərzaq və digər zəruri mallar aparır.

XS
SM
MD
LG