-
Ukrayna prezidenti Petro Poroshenko-nun avqustun 26-da rusiyalı həmkarı Vladimir Putinlə Minskdə görüşəcəyi gözlənilir. Rusiyanın dəstəklədiyi separatçıların Ukraynanın şərqinə müdaxiləsindən sonra iki ölkə arasında münasibətlər gərgindir.
Belarus paytaxtında keçiriləcək sammitə Qazaxıstan, Belarus prezidentləri ilə yanaşı AB-nin yüksək səviyyəli rəsmiləri də qatılacaq.
Ötən gün Poroshenko Ukrayna parlamentinin buraxılması və oktyabrın 26-da yeni seçkilərin keçirilməsi haqqında qərar verib.
Bu arada, Ukrayna qüvvələri ölkənin şərqində 10 rusiyalı paraşüt-desantı tutduğunu deyib. Kiyev bildirib ki, Rusiya separatçıların Ukraynanın cənub-şərqinə 10 tank və iki zirehli avtomobildə keçdiyini gizlədir.
Ukrayna Moskvanı separatçıları dəstəkləməkdə ittiham etsə də, Rusiya ittihamları qəbul etmir.