-
Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroshenko telefonla Ukrayna böhranını müzakirə ediblər.
Rəsmi Kremlin yaydığı məlumata görə, iki prezident böhranın mümkün həlli yollarından danışıblar.
Rusiya xəbər agentlikləri bildirirlər ki, dövlət rəhbərləri döyüş gedən ərazilərdə qan tökülməsini mümkün qədər tez dayandırmaq üçün ehtiyac olan addımları müzakirə ediblər.
Putin və Poroshenko ötən həftə Minskdə görüşüblər. Ukrayna hadisələrinin başladığı aprel ayından bəri münaqişə zamanı 2600-dən çox adam ölüb.