-
Üzü olmayanlar saqqal buraxır,
İçdə kosaları üzlüklər taxır.
Elə ki, dərd məni yandırıb yaxır,
İçimdən dünyaya
Şeytanlar baxır,
Özüm olmayanda özüm suyunu
Gözümdən bir acı yaş ryləyirəm
Üzüm olmayanda, üzüm suyunu
Şirincə-şirincə nuş eyləyirəm.
Ehtiyac yol üstə darğalar kimi,
Libas bədənimə sarğılar kimi
Varlığım dinəndə ağrılar kimi,
Onları uçurub qarğalar kimi
Özümü bir yoluq quş eyləyirəm.
Dözüm olmayanda,
Dözüm suyunu
acıca
acıca nuş eyləyirəm...