-
Mədə xərçəngindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlu uzun müddətdən sonra şəxsi Facebook səhifəsində status-şeir paylaşıb. Modern.az xalq şairinin özü tərəfindən yazılan statusu təqdim edib:
“O gün
Bir insan öldürmədi başqasını,
Kəsildi müharibələrin səsi,
Bir qadına dəymədi əclaf əli.
Yaman sərxoş idim o gün...
O gün
Yaşmı da, azarımı da unudub,
Sarıldın 22 illik bədənində mənə,
Aldın başımı qollarının arasına,
Gözlərini yumub, azacıq araladın dodaqlarını.
Yaman sərxoş idim o gün...