Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:42

Amnesty İntertnational Ukraynanın şərqində cinayətlərə dair sübutların artdığını bildiriri


Amnesty International (AI) bildirir ki, Ukrayna hərbçiləri və separatçı qüvvələrin ölkənin şərqində hərbi cinayətlərə görə məsuliyyət daşımasına dair “sübutlar getdikcə artır”. “Bombalama, oğurlama, işgəncə və qətl” hadisələrini sənədləşdirən qurum sentyabrın 7-də bildirib ki, döyüşün bütün tərəflərin “dinc sakinlərin həyatına laqeyd” yanaşıblar.

Bu bəyanat sentyabrın 5-də atəşkəs razılaşması əldə olunandan öncə hazırlanıb.

Rusiya münaqişədə hər hansı iştirakını yalanlayır. Ancaq Aİ-nin Ukrayna üzrə tədqiqatçısı Heather McGill AzadlıqRadiosuna deyib ki, Rusiya yaraqlılara silah və digər dəstək göstərməklə münaqişəni qızışdırıb.

Aİ Ukraynanın şərqində Rusiya zirehli texnikası və artilleriyasının toplanmasına dair peyk təsvirləri yayıb. Bunlar münaqişənin “beynəlxalq silahlı münaqişəyə çevrildiyini” göstərir.

XS
SM
MD
LG