-
«Monitor» jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynov sentyabrın 8-də 78 yaşında dünyasını dəyişib.
«Qanun» nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu AzadlıqRadiosuna bildirib ki, Sabir Hüseynov oğlu Elmarın yanında dəfn olunub.
2005-ci ilin martında qətlə yetirilən Elmar Hüseynovun qatilləri hələ də tutulmayıb.
2013-cü ildə AzadlıqRadiosuna müsahibəsində Sabir Hüseynov oğlunu kimin öldürdüyünü hamının bildiyini, amma qatilləri ortaya çıxarmaq istəmədiklərini söyləmişdi.