Çoxdandır ki, Özbəkistan prezidentinin öz qızı Gulnara Karimovanı ev dustaqlığında saxlamasına dair məlumatlar yayılıb. Ryan Locksley adlı istifadəçi xanım Karimovanın nə zaman çəkildiyini qeyd etmədiyi yeni fotoları sosial şəbəkələrdə yayıb. Sentyabrın 9-da Özbəkistan Baş Prokurorluğu bir fırıldaq işi ilə bağlı «Karimova G» kimi təqdim olunan şəxsi təqsirkar qismində elan edib. Əksəriyyət inanır ki, «Karimova G» hazırda Daşkənddə ev dustağı olan Karimovadır. Bir zamanlar yüksəklərdə uçan pop müğənnisi, dünyanı gəzib dolaşan modelyer, onu sürətlə İslam Karimovun postuna hazırlayan diplomatik vəzifələr tutumuş 42 yaşlı prezident qızının son fotolarını təqdim edirik.
Ev dustağı olan prezident qızı Gulnara Karimovadan yeni fotolar
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman