Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:46

İsa Qəmbər «rəqib meydançasında heç-heçə»dən danışdı [Video]


İsa Qəmbər «rəqib meydançasında heç-heçə»dən danışdı
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

İsa Qəmbər «rəqib meydançasında heç-heçə»dən danışdı

-

«Müsavat sabahkı seçkilərlə daha bir demokratiya örnəyi göstərəcək. Bu, hakimiyyətə xəbərdarlıqdır. Hakimiyyət bilməlidir ki, Müsavat ölkənin feodal dövrünə qaytarılmasına imkan verməyəcək».

Müsavat Partiyası başqanı İsa Qəmbər bu sözləri başqan postunda keçirdiyi son mətbuat konfransında dilə gətirib.

İşdən sonra - Müsavat qurultaydan bir gün öncə

Müzakirə: Müsavat qurultaydan bir gün öncə

O, partiyanın sentyabrın 27-ə təyin edilmiş qurultayından bir gün öncə təşkil olunan həmin konfransda yeni başqan seçkisini ciddi hadisə adlandırıb. İsa Qəmbərin fikrincə, başqanlığa namizədlərin yarışı demokratik olub və seçkilər də aşkar şəraitdə keçiriləcək.

Jurnalistlərin suallarını cavablandıran başqan seçkilərdən sonra hər hansı vəzifəyə iddialı olmadığını bildirib. O, Müsavatda 22 illik fəaliyyətini iqtidarla müxalifətin mübarizəsində «heç-heçə» deyə xarakterizə edib:

«Bu 22 ildə mən Azərbaycanda hakimiyyəti, Əliyev rejimini dəyişməyə çalışdım. Əliyev rejimi də məni dəyişməyə çalışdı. Heç birimiz qələbə çala bilmədik. Meydan, hakimiyyət onların əlində olduğundan mənim baxışıma görə, bu rəqib meydanında «heç-heçə»dir. Bu, şəxslərin mübarizəsi deyil, dəyərlərin mübarizəsidir».

Sabah-sentyabrın 27-də keçirilən qurultayda partiya başqanlığına seçkilər də olacaq.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun ilk başqanı Məmməd Əmin Rəsulzadə olub. Sovetlərin süqutunadək xaricdə fəaliyyət göstərən partiyanın fəaliyyəti Azərbaycanda da bərpa edilib.

XS
SM
MD
LG