-
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli öz istəyi ilə tutduğu vəzifədən azad edilib.
Azərbaycan Yazıçılar Birliyinin yaydığı xəbərə görə, Elçin Hüseynbəyli istefasını qəzetdə işlərin çoxluğu və yaradıcılıq işlərinə vaxtının az qalması ilə əlaqələndirib.
Elçin Hüseynbəylinin istefasından sonra uzun illər qəzetdə baş redaktor müavini vəzifəsində çalışmış Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor əvəzi təyin edilib.
O, oktyabrın 1-dən bu vəzifədə çalışacaq.