Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:55

NATO-nun yeni rəhbəri Rusiyadan, İŞİD-dən danışır


Jens Stoltenberg
Jens Stoltenberg

-

NATO-nun yeni baş katibi Jens Stoltenberg oktyabrın 1-də Brüsseldə mətbuat konfransında Rusiya-Ukrayna, Gürcüstan, Əfqanıstan, İŞİD məsələlərindən danışıb.

Yeni təhlükələr barədə o, deyib ki, NATO çox ciddi sınaqlarla üzləşir:

CƏNUBDA SABİTSİZLİK YAYILIR

«Bunlardan bəziləri bizə tanışdır, bəziləri isə yenidir. Lakin bizim demokratiyalarımız Uelsdə keçirilmiş sammitdə olduğu kimi hər bir çətinliyə qarşı hər dəfə ayağa qalxmalıdırlar».

«Biz bu gün Şimali Atlantika Şurasının iclasında ətrafımızda dəyişilmiş təhlükəsizlik mənzərəsinə bir də nəzər yetirdik. Şərqdə, Ukraynadakı atəşkəs imkan yaradır, ancaq Rusiya hələ də Ukraynanı sabitsizləşdirmək qabiliyyətinə malikdir və Rusiya beynəlxalq qanunları pozur», - Stoltenberg bildirib.

«Cənubda bizim qonşuluğumuzda sabitsizlik yayılır. NATO müttəfiqləri və regional tərəfdaşlarımız da daxil olmaqla beynəlxalq koalisiya İŞİD terrorçu qrupuna qarşı qətiyyətlə hərəkətdədir. Biz İraqın özünü müdafiə etməsi qüdrətinin artırılmasını dəstəkləyən səylər edirik və «Patriot» raketlərinin yerləşdirilməsi müttəfiqimiz Türkiyənin havadan müdafiə qabiliyyətinə kömək edir».

SABİTLİYİ SAXLAMAQ

Yeni baş katib NATO-nun missiyası barədə bunları deyib ki, işə başlayarkən onun üç prioriteti var:

«NATO-nun qüdrətini qoruyub saxlamaq, partnyorlarımızla birgə fəaliyyət göstərərək qonşuluğumuzda sabitliyi saxlamaq və Avropa ilə Şimali Amerika arasındakı bağları polad kimi möhkəm saxlamaq».

Polşada NATO təlimləri
Polşada NATO təlimləri

Stoltenberg söyləyib ki, NATO-nun ən vacib vəzifəsi üzv ölkələri hücumdan qorumaq və müdafiə etməkdir:

«Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi alyansın bel sütunu olaraq qalır. Biz öz öhdəliklərimizə sadiq qalacaq və müttəfiqlərimizi müdafiə edəcəyik. Odur ki, bizim güclü NATO-ya – güclü siyasi alyansa, həm də güclü hərbi alyansa ehtiyacımız var».

PATRUL UÇUŞLAR DAVAM EDƏCƏK

«Biz alyansın şərq hissəsində davamlı varlığımızı və fəaliyyətimizi rotasiyalı qaydada saxlayacağıq. Baltik ölkələri üzərində NATO-nun patrul uçuşları davam edəcək. Baltik və Qara dənizlərində qüvvələrimizin mövcudiyyəti davam edəcək. Şərqi Avropa boyunca təlimlərin davam etməsi üçün qüvvələrimizin rotasiyası zəruri olduğu müddətdə davam etdiriləcək».

Rusiyanın Ukraynadakı rolu barədə Stoltenberg belə deyib:

«Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada yaranmış böhran Avro-Atlantika təhlükəsizliyinin qarşısındakı əsas sınaqdır. Uels sammiti bizim mövqeyimizi aydın təyin edib: NATO Rusiya ilə qarşıdurma axtarmır, lakin biz alyansımızın və Avropa və Şimali Amerikada təhlükəsizliyin söykəndiyi əsas prinsipləri qurban verə bilmərik.

Luqanskda rusiyameylli qüvvələr
Luqanskda rusiyameylli qüvvələr

Biz müstəqil, suveren və sabit Ukraynaya tam dəstəyimizi davam etdirəcəyik. Hər bir Avropa ölkəsi öz kursunu müəyyən etməkdə azaddır».

GÜCLÜ NATO İLƏ RUSİYA ARASINDA ZİDDİYYƏT YOXDUR

NATO baş katibi Ukrayna və Gürcüstandan da danışıb:

«Biz Ukrayna üçün NATO-nun hamilik fondunu dörd istiqamətdə tətbiq edəcəyik: kibermüdafiə, döyüş hazırlığı, komandanlıq və nəzarət, həmçinin yaralı əsgərlərin reabilitasiyası. Gürcüstan üçün, təlim bazası da daxil olmaqla, nəzərəçarpacaq paketimiz olacaq».

Rusiya ilə münasibətlər barədə alyans lideri vurğulayıb ki, qurum Rusiyanın reaksiyasında aydın dəyişiklik görmək istəyir:

«Elə bir dəyişiklik ki, beynəlxalq qanunlara və Rusiyanın beynəlxalq öhdəliklərinə və məsuliyyətinə uyğun olsun. Mən güclü NATO və bizim Rusiya ilə konstruktiv münasibətlər qurmaq səylərimiz arasında ziddiyyət görmürəm. Yalnız güclü NATO Avro-Atlantika təhlükəsizliyi naminə belə münasibət qurmağa qadirdir».

NATO
NATO

NATO-RUSİYA ŞURASI ÜÇÜN TƏKLİF OLMAYIB

«NATO-Rusiya Şurasının yenidən toplanması üçün konkret təklif olmayıb, lakin belə bir təklif olarsa, biz bu təklifə açıq düşüncə ilə baxmağa hazırıq. Mən bunu da əlavə etməliyəm ki, Ukraynada böhran başlanandan bəri Şuranın azı iki görüşü keçirilib. Mən vurğulamalıyam ki, biz NATO ilə Rusiya arasında praktik əməkdaşlığı, həm siyasi, həm də hərbi əməkdaşlığı dayandırmışıq. Lakin biz siyasi əlaqələr üçün kanalları açıq saxladığımızı vurğulamışıq».

Əfqanıstan barədə Stoltenberg söyləyib ki, alyans döyüş missiyasının sonuna hazırlaşmaqla yeni bir fəsil açır:

«Buna görə də mən Əfqanıstanla Qüvvələrin Statusu barədə Sazişin imzalanmasını alqışlayıram. Bu, Əfqanıstanda milli barışıq hökumətinin yaradılması yolunda qətiyyətli addımdır. Bu saziş bizə yanvardan Əfqanıstan Təhlükəsizlik Qüvvələrinə təlimlər, məşvərət və yardım üçün yeni missiyamızın zəruri hüquqi çərçivəsini təşkil edir. O əfqanlara inam verir ki, biz onlara çətinliklə əldə edilmiş nailiyyətləri inkişaf etdirmək üçün başqa yollarla dəstək verəcəyik».

NATO lideri İraqda dair bildirib ki, İraqla tərəfdaşlıq davam edəcək:

«Əgər İraq onun müdafiə qabiliyyətini fərqli bir yolla qurmağımızı xahiş edərsə, biz bunun üçün hazır dayanmışıq. Onlar hələlik heç bir rica etməyiblər, lakin əgər xahiş etsələr, biz belə bir əməkdaşlığa getməyə hazırlıq».

XS
SM
MD
LG