-
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu «facebook» profilində yeni yazdığı şeiri paylaşıb.
İctimai-siyasi proseslərdən uzaqlaşan şair xərçəng xəstəliyi ilə mübarizə aparır.
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
4 oktyabr, 2014, Bakı