"İslam Dövləti"nin bayrağını qaldıran kimdir?
Mitinqdə İraq və Suriyadakı terror təşkilatının - "İslam Dövləti"nin bayrağı qaldırılıb. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, mitinq iştirakçıları həmin şəxsi meydançadan uzaqlaşdırıb, polisə təhvil veriblər. Polis həmin şəxsi naməlum istiqamətdə aparıb.
Mitinqin təşkilatçılarından Məmməd İbrahim İD bayrağının qaldırılmasını "hakimiyyətin təxribatı" adlandırıb. Bunun təşkilatçılarla heç bir əlaqəsi olmadığını deyib.
“Hakimiyyətin mitinqə göndərdiyi xüsusi adamlardır. Biz hətta onlardan birini tanıdıq. Bundan əvvəl onu başqa yerlərdə təxribat törədərkən görmüşdük. O adamlarla əlaqəmiz yoxdur. Hakimiyyət onları aramıza salmaqla göstərmək istəyir ki, biz demokrat deyilik, İŞİD-çilərik.” - deyə M.İbrahimli əlavə edib.
Milli Şuranın lideri Cəmil Həsənli koordinasiya şurası üzvləri tribunadadır. #Mitinq http://t.co/lQtUqIuMy3
— Islam Shikhali (@mikrobloqqer) 12.10.2014
Demokratik Qüvvələrin Milli Şurası "Siyasi məhbuslara azadlıq və repressiyalara son" şüarı ilə #mitinq keçirir http://t.co/GKBZzmPkwR
— Islam Shikhali (@mikrobloqqer) 12.10.2014