İŞİD(#IS) yaraqlılarının kimliyi çox zaman onların ölümü xəbəri çıxandan sonra məlum olur http://t.co/jEO6b9QOTZ
— AzadliqRadiosu (@RadioAzadliq) 13.10.2014
CİHADÇILAR KİMDİLƏR SİLSİLƏSİNDƏN
İŞİD sıralarında dünyanın müxtəlif ölkələrindən Suriyaya gəlmiş çoxlu radikal islamçılar döyüşür. Bildirlir ki, Avropada böyümüş çihadçı gənclər İŞİD-ın internetdəki informasiya müharibəsinin əsasında dururlar. Döyüş meydanında isə cihadçılarla döyüş təcrübəsi olan keçmiş hərbçilər rəhbərlik edir. Onalrın arasında gürcü mənşəli Omar al-Shishani (əsl adı -Tarkhan Batirashvili) ABŞ-ın İŞİD sıralarındakı ən təhlükəli terrorçu elan etdiyi 11 şəxsdən biridir. Tarkhan Batirashvili 2008-ci ildə Gürcüstana təcavüz edən Rusiya ordusuna qarşı döyüşüb. Lakin sonradan onu gürcü ordusundan qovub, qanunsuz silah saxlamaqda ittiham ediblər. Gürcüstanı tərk edən al-Shishani-Batrashvilinin xəbəri tezliklə Suriyadan gəlib. Billdirilir ki, onun dəstəsində əsasən Qafqazdan olan cihadçılardan vuruşur. Hazırda onun İŞİDın girov saxladığı şəxslər üçün təşkil olunmuş xüsusi həbsxananın mühafizəsinə rəhbərlik etdiyi ehtimal olunur.