Iraqın 2-ci böyük hərbi bazası İŞİD mühasirəsinə düşür
Bazar ertəsi strateji əhəmiyyəti olan Anbar əyalətindəki Hit şəhərinin İslam yaraqlılarının əlinə keçdiyi haqda xəbərlər yayılıb. Reutersin məlumatına görə, Hit şəhərinin yaxınlığındakı hərbi bazanı müdafiə edən İraq ordusunun hissələri ağır döyüşlərdən sonra təqribən 40 kilometrlik şimal-şərq istiqamətində, Xan al Baqdadi kəndi yaxınlığında yerləşən Asad hərbi bazasına çəkiliblər.
Xəbər verilir ki, hərbi hissənin komandiri Hit yaxınlığındakı bazanı vertolyotda tərk edib, əsgərlər isə hərbi texnika karvanı ilə Asad bazasına keçiblər. İraq hərbçilərinin fikrincə, Hit şəhərini saxlamaq üçün əsgərləri İŞİD-ın daimi hücumları qarşısında müdafiəsiz qoymaq əvəzinə Asad bazasına çəkilib oranın müdafiəsini gücləndirmək daha məqsədəuyğundur. Bu xəbəri AFP Ramada şəhərinin polis rəisinə istinadən yayır. Xəbərdə bildirlir ki, Hit şəhəri tamamilə İŞİDın nəzarətindədir.
Şəhəri ələ keçirən cihadçıların hərbi texnika da daxil olmaqla xeyli qənimət ələ keçirdikləri bildirilir.
Asad İraqın 2-ci ən böyük hərbi bazasıdır. Baqdaddan təqribən 160 km qərbdə yerləşən bu baza İŞİDın nəzarəti altında olan ərazilər arasında ada kimi qalıb. Onun müdafiəsi İraq ordusu üçün həyati əhəmiyyət kəsb edir. Yaraqlılar Asadı da ələ keçirsələr, artıq İraqın paytaxtına hücum üçün əlverişli mövqe qazanmış olurlar.
Anbar vilayətində gedən döyüşlər ABŞ koalisiyasının İŞİDə qarşı həyata keçirdiyi hava hücumlarının nəticə vermədiyinin daha bir nişanəsidir. Suriyanın Kobani (Ayn al Arabia) şəhərindəki kimi Anbar vilayətində də ardıcıl hava zərbələrinə baxmayaraq İŞİD yaraqlı birləşmələri sanki heç nə olmayıbmış kimi hərbi əməliyyatlarını davam etdirərək hərbi təşəbbüslərini daha da artırırlar.
BMT-nin məlumatına görə, ağır döyüşlərin getdiyi Anbar əyalətində 180 min adam evlərini tərk edib qaçmağa məcbur olub.
ABŞ deyir Türkiyədən İncirlik razılığını alıb, Türkiyə təkzib edir
ABŞ-ın hava zərbələrinin köməyi ilə kürd döyüşçülər Kobani şəhərini qorumaqda davam edir.
İslam Dövləti yaraqlıları 4 həftəyə yaxındır ki, Kobaniyə hücum edir və son günlərdə şəhərin 4-də 3-nü tuta bilib. Ancaq oktyabrın 13-dəki döyüşlərdə heç bir tərəf üstünlük qazana bilmir. Döyüşlər hazırda Kobani şəhərinin şərq və cənub-şərq hissələrində gedir.
Oktyabrın 13-də şəhərin şimal hissəsində isə İD intiharçı hücum edib. Partlayıcı ilə dolu yük maşını kürdlərin müdafiə istehkamına çırpılıb. Tələfat barədə məlumat verilmir.
Türkiyə isə öz hərbi bazalarından Suriya və İraqda İD yaraqlılarına hava zərbələri üçün istifadəyə icazə verdi. Bunu ABŞ Milli Təhlükəsdizlik müşaviri Susan Rice bildirib. Ancaq bu bəyanatdan sonra Türkiyə elan etdi ki, İncirlik hərbi bazasından istifadə barədə ABŞ-la Türkiyə arasında razılıq hələ yoxdur.
Türkiyə öz bazalarında İD ilə vuruşmaq üçün Suriya yaraqllarına təlim keçilməsinə isə icazə verir.
Kobanidə küçə döyüşlərindən video
İnternetdə İslam Dövləti yaraqlıları ilə kürd qüvvələrinin Kobanidə (Ayn al-Arabia) küçə döyüşünü əks etdirən video yayılıb. İddia olunur ki, görüntülər oktyabrın 11-12-də şəhərdə gedən döyüş səhnələridir. Videoda şəhərin küçələrində kürd mövqelərinə hücum edən İŞİD yaraqlılarının görüntüləri. Diqqəti cəln edən cəhətlərdən biri yaraqlıların qara bayrağını daşıyan tankın sürətlə şəhər ətrafında hərəkət etməsidir.
Al-Jazeera xəbər verir ki, Anbar vilayətinin İraq ordusunun əlində olan sonuncu şəhəri - Hit ağır döyüşlərdən sonra İŞİD yaraqlılarının tan nəzarətinə keçib.
Bu haqda ətraflı tezliklə blqoda