İranın xarici işlər naziri Javad Zarif deyib ki, Vyanada ABŞ Dövlət katibi John Kerry, Avropa Birliyinin Xarici siyasət rəhbəri Catherine Ashtonla nüvə danışıqlarında hər sahədə irəliləyiş olub. O , danışıqları çətin, ciddi və intensiz adlandırıb.
Zarif bu bəyanatı oktyabrın 16-da bir gün əvvəl keçirilmiş 6 saatlıq görüş barədə verib.
Zarif bundan sonra da Vyanada qalacaq və P5+1 formatında danışıqlarda iştirak edəcək. Bu danışıqlarda ABŞ, Rusiya, Çin, Britaniya, Fransa üstəgəl Almaniya iştirak edir.
Zarif deyib ki, o, 3-4 həftədən sonra Ashton və Kerry ilə yenidən görüşəcək.