Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Xaricdən qrant almaq Azərbaycan hökumətinin icazəsinə bağlandı [Video]


Milli Məclis "Qrant" və "QHT-lər" haqda qanunlara dəyişiklik etdi...
Gözlə

No media source currently available

0:00 0:08:38 0:00

Milli Məclis "Qrant" və "QHT-lər" haqda qanunlara dəyişiklik etdi...

-

Milli Məclis oktyabrın 17-də qrant və QHT-lərə dair qanunlara dəyişiklik edib. İndən belə Azərbaycandakı QHT-lərə qrant vermək istəyən xarici donor Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Başqa sözlə, bundan sonra Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı ilə saziş olmasa, xarici donor qrant ayıra bilməz.

Qrant və ianələrin məbləği barədə məlumat da verilməlidir. Əks halda, qrantla bağlı bank əməliyyatları qadağan edilir.

Daha bir əlavəyə görə, dövlət büdcəsindən maliyyələşən qurumlar da donor qismində çıxış edə bilər.

Deputat Əli Hüseynli bu layihə ilə bağlı müzakirələr aparıldığını bildirib:

«Müzakirələrə Azərbaycanı tənqid edən hüquq-müdafiə təşkilatlarının təmsilçiləri də qatılmışdı. Onlar bu qanunun əleyhinə əsas səbəb kimi xarici donorların bundan sonra az vəsait ayıracağını göstərirdilər. Onda biz də sual edirik: onlar hansı məqsədlərlə qrant ayırır ki, onu ictimaiyyətə açıqlamaq istəmirlər?».

«QRANTLAR NƏZARƏTDƏNKƏNAR QALACAQ»

İqbal Ağazadə qrantların məqsədəuyğunluğunun yoxlanılmasının bürokratik əngəllər yaradacağını vurğulayıb:

«Bu dəyişiklərdən məqsəd – Azərbaycan QHT-lərini, vətəndaş cəmiyyətini tam sıradan çıxarmaqdır. Deməli, iqtidara tənqidi münasibət bəsləyən təşkilatlara dövlət büdcəsindən ayrılan vəsait verilməyəcək. Azay Quliyevin rəhbərlik etdiyi QHT-lərə Dövlət Dəstəyi Şurası hakimiyyəti tənqidə tutan təşkilatlara qrant verir? Bilmirsiniz ki, Prezident Aparatı belə QHT-lərə vəsait ayırmır? Ədliyyə və vergi orqanları vasitəsilə nəzarət etmək olar. Qanunlara dəyişiklik edib onların fəaliyyətini məhdudlaşdırmaqla nə etmək istəyirsiniz? Bizi təcrid etmək istəyirsiniz?».

İqbal Ağazadənin fikrincə, dəyişikliklər gerçəkləşərsə, bank hesabı qonşu ölkələrdə, tutalım, Gürcüstanda açılacaq və pullar ölkəyə nağd gətiriləcək:

«Beləcə, qrantlar tam nəzarətdənkənar qalacaq».

QAPILARIMIZ AÇIQDIR».

Deputat Bahar Muradova İqbal Ağazadəyə cavabında bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasından vəsait almağı özlərinə əskiklik sayanlar xarici donorlardan pul alaraq, onların çaldığı havaya oynayırlar:

«Şərtlərimiz budur. İstəyən bizim şərtlərə uyğun bizimlə işləyər. İstəməyən imtina edib gedər havadarlarının yanına. Qapılarımız da açıqdır».

Siyavuş Novruzov məsələyə daha qəti münasibət bildirib:

«Bu yaxınlarda qrant ayıran təşkilatlardan biri – SOROS-un özü elan etdi ki, Gürcüstandakı «qızıl gül» inqilabının dəstəkçisi olub. Sən ekologiyaya, tədrisə qrant ayırırsansa, inqilabla nə işin var? Bəli, bunlar Leyla Yunus kimilərə vəsait ayırırlar. Götürək Seçkilərin Monitorinqi Təşkilatını. Müşahidəçilərini məntəqələrdə qeydiyyatdan keçirmədən seçkiləri necə monitorinq edirdilər? Evdə oturmaqla? Pullar ictimai aksiyalara yönəldilirdi. Bu qanun onları əyri yoldan çəkindirir və düz yola qayıtmağa dəvət edir».

XS
SM
MD
LG