Çində məmurun evindən rekord miqdarda pul çıxıb.
Bu pulları dollara çevirəndə 33 milyon dollar edir.
Rüşvət əleyhinə istintaq aparan prokuror Xu Jinhui oktyabrın 31-də deyib ki, bu nağd pul məmur Wei Pengyuanın evindən tapılıb. Wei Pengyuan Milli Enerji Administrasiyasının yüksək vəzifəli şəxsidir. O, rüşvət almaqda ittiham olunur.
Prokuror deyib ki, onun evindən çıxan pullar o qədər çox olub ki, pulları sayarkən 4 pul sayan maşın xarab olub, sıradan çıxıb.
Çin lideri Xi Jinping 2012-ci ildə hakimiyyətə gələndən korrupsiya ilə mübarizə elan edib.
Hakim partiya bildirir ki, korrupsiya cəmiyyətin hakimiyyətə inamını qırır və hakim partiyanın idarəçiliyinin legitimliyinə təhlükə yaradır.