Noyabrın 4-də Ukrayna prezidenti Petro Poroshenko təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşəcək. Görüşdə hökumətin ölkənin şərqində separatçıların keçirdiyi seçkilərdən sonra sentyabr atəşkəsinin öhdəlikləri müzakirə olunacaq.
Poroshenko deyib ki, Luqansk və Donetskdə noyabrın 2-də keçirilmiş seçki Minsk sazişinin şərtlərini pozub. O, həmin regionlara məhdud muxtariyyət verən qanundan imtina edə biləcəyini deyib.
Ağ Ev separatçıların keçirdiyi “saxta” seçkini tanımayacağını bəyan edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meeham Moskvanın bu seçkini tanımaq istəməsindən narahatlığını ifadə edib.
Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin bildirib ki, Ukraynanın şərqində yeni seçilmiş rəhbərliyin Kiyevlə danışıqlar aparmaq üçün mandatı var.