BİNƏ SAKİNİ MİTİNQDƏ
Mitinqdə iştirak edən Binə sakini Fuad Əliyev AzadlıqRadiosuna müshaibəsində noyabrın 8-də yaşadığı Bınə qəsəbəsində baş verənlərdən danışıb.
Bildirib ki, polisin dünən saxladığı binəlilər hələ də polis idarəsindədir. Onlar yerli icra hakimiyyəti ilə də görüşə bilməyiblər. Fuad Əliyev deyir ki, repressiv rejim dəyişməyincə, o, bütün aksiyalara qatılacaq.
AZƏRBAYCANDA BELORUSDAN İKİ DƏFƏ ARTIQ SİYASİ MƏHBUS VAR
Əli Kərimli deyir ki, Azərbaycanda Belorusdan iki dəfə artıq siyasi məhbus var: «Orta Asiya ilə müqayisədə bizdə siyasi məhbus daha çoxdur. Amma bu ölkələrdə müxalifət susdurulub. Azərbaycanda isə repressiyalara baxmayaraq, minlərlə adam ayaqdadır, burdadır, meydandadır!»
Əli Kərimli: «Onlar guya bizim mitinqimizə mane olmaq istədilər, mitinq tarixini noyabrın 10-dan 9-na atdılar, amma özləri də bilmədən, Bayraq günündə meydanı bizə verdilər. Bu gün meydan bizimdir, millətin gerçək övladlarınındır».