İŞİĞI KƏSDİLƏR
Mitinqdə elektrik cərəyanı kəsilib. Bu xəbəri eşidən mitinq iştirakçıları «İstefa», «Azadlıq» deyə qışqırırlar.
«İSTEFA» XƏBƏRDARLIĞI
Fuad Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, meydanda «istefa» səsləndiyi təqdirdə elektrikin kəsiləcəyi ilə bağlı onlara xəbərdarlıq edibmiş:
«Psixoloji basqı yaratmaq istəyirlər. Əvvəlcə jurnalistlər üçün dəmir qəfəs düzəltmişdilər ki, ordan işləsinlər. Biz buna etiraz etdik. «İstefa» şüarı ilə bağlı da dedik ki, istədiyi şüarı səsləndirmək mitinq iştirakçılarının öz hüququdur. Axırda məcbur qalıb elektriki verdilər».
Cəmil Həsənli: «Qurucu babalarımız yoxdan bir bayraq düzəltdilər, onu ucaltdılar. Bu gün sizin başınız üstündədir. Yenə də millətimiz bu bayrağın kölgəsinə sığınıb. Millətin ruhu bayrağa hopanda, o simvoldur. Bunsuz bayraq bir bez parçasıdır».