Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:51

“İçəri Şəhər” bədii filmi çəkilir


"İçəri Şəhər" filminin çəkilişi
"İçəri Şəhər" filminin çəkilişi

-

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “İçəri Şəhər” adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanıb.

Psixoloji dram janrında olan filmin ssenari müəllifləri Təhminə Rafaellaİlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılacaq.

Gənc qızın Qarabağ müharibəsi veteranına sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandıracaqlar.

XS
SM
MD
LG