#MM «Elm sahəsində əmək haqları artırılmalı, tələbələrə kredit verilməlidir» http://t.co/JI0RS4cCfz http://t.co/A6RXyEe4PU
— AzadliqRadiosu (@RadioAzadliq) 20.11.2014
«Xaricdə Təhsil Dövlət Proqramına ayrılan vəsait artırılsın»
Millət vəkili İsa Həbibbəyli 2015-ci ilin dövlət büdcəsinin elmi islahatlara əsaslandığından ona səs verəcəyini bildirib. Təklif edib ki, Xaricdə Təhsil Dövlət Proqramına ayrılan vəsait artırılsın:
«Xaricdə təhsil almağa bakalvr və magistrlar göndərilir. Mən təklif edirəm ki, dokturantların da xaricdə təhsilinə imkanlar yaradılsın».
Deputat Əli Hüseynli xaricdə təhsil almağa gənclərin göndərilməsi ilə yanaşı xarici müəllimlərin də Azərbaycana dəvət olunmasını təklif edib:
«Xaricdə təhsilə yüzlərlə gənc göndərilir. Müəllimlər ölkəyə dəvət olunarsa bundan minlərlə tələbə və şagirdlər yararlanacaqlar».
#MM «2015-ci ilin dövlət büdcəsi ola biləcək təlatümlərə hazırdır» http://t.co/Ku5pbcXJsD http://t.co/ID84XtRgdy
— AzadliqRadiosu (@RadioAzadliq) 20.11.2014
«Onların bu bəyanatını mənasız, məntiqsiz hesab edirəm»
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov ATƏT-in həmsədrlərinin erməni helikopterinin vurulması ilə bağlı bəyanatlarına münasibət bildirib. O, bu bəyanatı mənasız, məntiqsiz hesab edib:
«ATƏT həmsədrləri tərixabat xarakterli məlumat veriblər. Bildiriblər ki, helikopter neytral əraziyə düşüb. Helikopter Azərbaycan ərazisinə düşüb. ATƏT-in hər üç ölkədən olan həmsədrləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Necə olur helikopter hansısa neytaral əraziyə düşür? Bu baxımdan onların bu bəyanatını mənasız, məntiqsiz hesab edirəm».