Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:12

Astarada 32 məscid var, atestasiyadan keçmiş cəmi 13 din xadimi...


Astara. Qum məscidi
Astara. Qum məscidi

-

Gözlə

No media source currently available

0:00 0:05:35 0:00
Direct-ə keçid

Azərbaycanın Cənub bölgəsi dini baxımdan həmişə aktiv olub. Bu ərazidə Azərbaycanın başqa bölgələri ilə müqayisədə məscidlərin də sayı çoxdur. Cənub bölgəsində indi 300-dən çox məscidin olduğu bildirilir. Buna səbəb kimi bu bölgəsinin İranla sərhəddə yerləşdiyi göstərilir.

Hər il İranın din xadimləri Cənub bölgəsinin məscidlərinə gələrək aşura mərasimlərini aparırdılar. Bu il isə bir qədər fərqli mənzərə müşahidə edilib. Aşura mərasimlərində İrandan gələn din xadimləri bir elə gözə dəyməyib. Bölgədəki şərati dəyərləndirmək üçün Astara mərkəzi Qum məscidinin axundu Hacı İlqar Həsənovla görüşdük. O məscidlərdə nəzarətin gücləndirldiyini deyir:

“Bizim bölgənin inanc yeri müsəlmançılıqdır. Son vaxtlar təriqətlər arasında gedən bu proseslər, yaranan saxta sektalar, məzhəblər insanlarda fikir ayrılığına gətirib. Xarici qüvvələr, missionerlər və həmçinin vəhabilər son zamanlar bölgədə qarşıqlıq salmaq fikrinə düşsələr də nəticə ala bilməyiblər. ”

MƏSCİDLƏRƏ NƏZARƏT GÜCLƏNİB...

Qum məscidinin axundu Hacı İlqar Həsənov
Qum məscidinin axundu Hacı İlqar Həsənov

Axund deyir ki, icmalara,məscidlərə bu baxımdan nəzarət güclənib.

Onun sözlərinə görə Astarada 32 məscid fəaliyyət göstərir. Məscidlərin əksəriyyəti tarixi abidə kimi qeydə alınıb. Axund deyir ki, hər bir məscidin öz icması var . Lakin icmaların heç də hamısı qeydə alınmayıb:

ASTARADA QEYDİYYATA ALINMAYAN MƏSCİDLƏR VAR...

“Astarada 32 dini icma var. Onun 23-ü Dini Qurumlarla iş üzrə dövlət komitəsindən keçib. Dördünün sənədləri hazırlanıb təqdim olunub, qalanlarının da sənədləri hazırlanmaq üzrədir.”

Axundun sözlərinə görə yasin oxuyanların, yas məclislərini aparanların attestasiyası da hələ davam edir:

ATTESTASİYADAN CƏMİ 13 NƏFƏR KEÇİB...

“Attestasiya 3 il bundan qabaq keçirilib. Bizdə attestasiyadan cəmi 13 nəfər keçib. Bunların 11 rəsmi axundlardır, kəndlərdədirlər. 2 nəfər isə məclisləri aparanlardır. Qalanları isə attestasiyadan keçməyib. ”

Axund üstəlik deyir ki, yas məclislərin aparılması qaydası dəyşdirlib. Əvvəllər yeddi gün ardıcıl məclis qurulurdusa, indi həmin günlər üçə enib. O deyir ki, ehsana yox israfçılığa qarşıdırlar:

“İSRAFÇILIĞIN ƏLEYHİNƏYİK”

“Biz bu ehsanların əleyhinə deyilik. Sadəcə israfçılığın əleyhinəyik. Rayonumuzda bütün din xadimlərinə , dini icma sədrlərinə ciddi tapşırıqlar verilib, qazilər şurasının fətfası hamıya paylanılıb. Bütün yerlərdə təbliğat aparılır, insanlar bunu böyük maraqla qarşılayır.Yas mərasimlərin keçirilməsində heç problem yoxdur.”

Qum məscidi
Qum məscidi

Axund deyir ki, vəhabilərin sayı Astarada elə də çox deyil.

“Vəhabilərin sayı Astarada demək olar ki,ümumi götürsək 10-15 nəfər ola olmaya.”

Astara şəhər sakini Elçin İbrahimli isə hesab edir ki, bölgəyə dini baxımdan hələ də xarici müdaxilə var. Vəhabilk isə sürətlə artır. Onun fikrincə bununla bağlı faktlar gizlədilir.

Mədəniyyət işçisi Vaqif Əhmədoğlu isə deyir ki, dini toleyrantlıqla fəxr etmək azdır. Həm də bu istiqamətdə iş görmək vacibdir:

“Azərbaycan hökuməti çox vaxt toleyrantlığı ilə fəxr edir. Baxaq görək bu toleyrantlıq Azərbaycana nə verir. Elə dini sektalar qeydiyyatdan keçir ki, onlar altdan-altdan Azərbaycanın əleyhinə işləyirlər. Bu dini sektalar çox vaxtı öz maraqları çərçivəsində çıxış edirlər. Bu bölgədə islam dini güclü olduğu üçün bu sektaların işi burda yaxşı getmir. Bu sektaların az sayda nümayəndələri olur. Onlar da az müddətdə ifşa olunurlar.”

“ÇOX VAXTI GÖRÜRÜK Kİ, YAZIQ ADAMLARA TƏZYİQLƏR EDİLİR”

Vaqif Əhmədoğlu deyir ki, əhali üçün təhlükəli olan dini cərəyanların qarşısını dövlət almalıdır.

“Çox vaxtı görürük ki, yazıq adamlara təzyiqlər edilir. Bu gün bu mollalar hamısı öz xeyirləri və mənafeləri naminə əlləşirlər. Çox vaxtı quranın adından yalan danışırlar.”

O deyir ki, dini cərəyanlar gücləndikcə İslamla bağlı mərasimlər zəif keçirilir.

“Mənə belə gəlir ki, ildən-ilə zəifləyir. Keçənilki aşura ilə bu ilki aşura fərqlənir. Bu il zəif keçdi. Çünki nəzarət güclüdür. Adamlarda qorxu var. Hal bu ki, bu qoxunu cəmiyyətə ziyan gətirən dini cərəyanlar hiss etməlidir. Sanki bu onlara aid deyil. ”

İbadətlə məşğul olan yerli sakinlərdən Akif Məmmədov da deyir ki, qonşu ölkə əvvəlki illərdə olduğu kimi bölgədə keçirilən dini mərasimlərə aktiv müdaxilə etmir. Əvəzində xarici ölkələrdə təhsil almış adamlarda aktivlik müşahidə olunur. Onlar din icmalarda təmsil olunmağa çalışırlar.

XS
SM
MD
LG