#Turxan Kərimov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb http://t.co/AmnZD1be6J http://t.co/udpRgCcPAA
— AzadliqRadiosu (@RadioAzadliq) 10.12.2014
Bakı cavab verir: öz dərdinizi çəkin!
ABŞ prezidentinin mətbuat katibinin Turxan Kərimovla bağlı dedikləri əvvəl Azərbaycan xarici işlər nazirlıyinin, sonra da İlham Əliyevin mətbuat katibinin bəyanatları ilə cavablandırıldı. Azərbaycan rəsmiləri Azərbaycanda demokratik cəmiyyətin mövcud olduğunu bildirir və ABŞ-ı Azərbaycanın deyil öz daxilindəki problemlərlə məşğul olmağa çağırıblar. Azər Qasımovun danışması xüsusilə maraqlıdır, adətən bu məmur susur və çox nadir hallarda mediaya bətanatlar verir. Bu dəfrə də ritorika eynidir. ABŞ Azərbaycanı insan haqlarına, fundamental azadlıqlara hörmətə dəvət edir, Azərbaycan da ABŞ-ı ikili standartlarda ittiham edir, deyir "bizim tövsiyyələrə ehtiyyacımız yoxdur"
Bakı, Nərimanov rayon 18-ci polis bölməsindən
Vaşinqton, Ağ evə qədər
Azərbaycanlıların adının Ağ evə gedib çıxması, adətən pis əlamətdir - hansısa iriçaplı müxalifət fəalınının, jurnalistin və ya ictimai fəalın həbsi deməkdir. Bu dəfə, xoşbəxtlikdən qanı nisbətən az qaraldan səbəbdir. Xanım Psaki Turxan Kərimovun polis rəisi tərəfindən silistə çəkilməsinə reaksiya verərək neçənci dəfədir Azərbaycan rəhbərlərinə xatırladır - ən yaxşı stabillik açıq cəmiyyət və demokratiya əsasında qurulan siyasi stabillikdir.
DİN Turxan Kərimovla bağlı suallara ittihamla cavab verir
AzadliqRadiosu ilə telefon danışıqlarında hər hansı mövqe formalaşdıra bilməyən DİN mətbuat xidməti gözlənilmədən çox ciddi bir mövqe sahibi kimi Trend agentliyində çıxış edir. DİNin bəyanatının qısa məzmunu belədir, AzadlıqRadiosu ucuz sensasiya axtarır, Nərimanov 18-ci bölməsi də daxil olmaqla Azərbaycan polisinin səlahiyyətləri haqda medianın xəbər yoxdur, AzadlıqRadiosuna təzyiqlər elə radio əməkdaşlarının öz günahıdır və sairə. Əlqərəz, DİN-in Turxan Kərimovla bağlı məlumtaını qısa şəkildə burada oxuyun, əgər tələbat olsa, həmin yazının içindən daha ətralı mətnə də keçid var.