Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:32

İpək Yolunun müasir variantı


Qars-Axalkalaki-Bakı dəmiryolu xəttinin inşasının 2 ilə başa çatacağı deyilir
Qars-Axalkalaki-Bakı dəmiryolu xəttinin inşasının 2 ilə başa çatacağı deyilir
Bakıda əksər iqtisadçılar düşünürlər ki, Qars-Axalkalaki-Bakı dəmiryolunun əhəmiyyəti heç də 1700 kilometrlik Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərindən az deyil. Deputat Əli Məsimov da bu dəmiryolunu, BTC neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə birgə XXI əsrdə Avrasiyada həyata keçirilən layihələr sırasında ən vaciblərdən hesab edir. Onun qənaətincə, BTC-yə qarşı yaradılan əngəllər və maneələrin Qars-Axalkalaki-Bakı layihəsinə qarşı da ortaya çıxması əslində təbii qarşılanmalıdır.

Qarsdan Akalkalakiyə yeni çəkiləcək dəmiryolun uzunluğu cəmi 98 km-dir, başqa sözlə desək, normal qatar sürətilə heç iki saatlıq yol deyil. Qars-Axalkalaki dəmiryolunun 30 kilometri Türkiyə, 68-i isə Gürcüstan ərazisindən keçəcək
Qarsdan Akalkalakiyə yeni çəkiləcək dəmiryolun uzunluğu cəmi 98 km-dir, başqa sözlə desək, normal qatar sürətilə heç iki saatlıq yol deyil. Qars-Axalkalaki dəmiryolunun 30 kilometri Türkiyə, 68-i isə Gürcüstan ərazisindən keçəcək. Xəzərin karbohidrogen ehtiyatlarının tranziti üçün kəmərlərin çəkilməsini dəstəkləməsinə baxmayaraq, dəmiryolunun inşasında Amerika maliyyəsi iştirak etməyəcək. Çünki, erməni lobbisinin səyləriylə- ABŞ Senatının Bankçılıq Komitəsi bu xəttin çəkilməsinə Amerika banklarının maliyyə ayırmasını yasaqlayıb.


Qars-Axalkalaki dəmiryolu layihəsinin qarşısındakı ikinci əngəl isə Gürcüstanın onun maliyyələşdirilməsində çəkdiyi çətinlikdir. İlkin mərhələdə layihənin qiyməti 400 milyon dollar hesablanırdı. Sonradan isə Gürcüstan əlavə şərtləriylə onu daha 200 milyon dollar bahalandırdı. Bu yaxınlarda isə Tbilisi həmin layihədəki iştirak payını maliyyələşdirə bilmədiyini bildirdi. Həm Azərbaycanda, həm Türkiyədə bəzi rəsmilər layihənin xərclərinin lazımsız yerə şişirdildiyini deyiblər. Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze isə bildirmişdi ki, 98 kilometrlik Qars-Axalkalaki xəttinin tikintisindən əlavə Gürcüstan ərazisində daha 192 kilometr yolun bərpasına da ehtiyac var. Elə layihənin qiymətini artıran da bu məqamdır.


Gürcüstan rəsmiləri Azərbaycan tərəfinin müddətsiz və faizsiz-220 milyon dollarlıq krediti hesabına xəttin Gürcüstan hissəsini maliyyələşdirmək istəyir. Ümumilikdə, Tbilisi 600 milyon dollarlıq layihənin 400 milyon dollarının məhz Gürcüstandakı işlərə lazım olduğunu bildirir.


Gürcüstan həm də bu, dəmiryolu işə düşəndən sonra Poti və Batumi limanlarında yük dövriyyəsinin azalmasından narahatdır. İstər Azərbaycan, istərsə də Türkiyə ekspertləri Gürcüstanın Qara dəniz limanlarına əlavə yüklərin cəlb edilməsində yardım etməyin mümkün olduğunu və dəmiryoluyla neft məhsulları yox-quru yüklər daşınacağını bildiriblər.


Keçmiş baş nazir Əli Məsimov Azərbaycanın Gürcüstana yolu çəkməkdə maliyyə yardımı etməsi müqabilində Tbilisinin də bəzi inadlarından əl çəkməli olduğunu düşünür.


Layihənin qarşısında duran əngəllərdən biri də, Ermənistan tərəfinin - Avropa Biliyi və BMT kimi qurumlarda Qars-Axalkalaki xəttinin tikintisinə qarşı çıxması və bu layihəni qeyri-rəsmi embarqo addımı kimi qiymətləndirməsidir. Əgər ABŞ-da layihəni maliyyələşdirmək istəyən Eximbanka ysaq qoyuldusa, Avropa Birliyi və BMT- İpək Yolu layihəsi çərçivəsində - Azərbaycan və Türkiyəni birbaşa birləşdirəcək bu dəmiryolunu dəstəklədiklərini bəyan ediblər. İndi qalır maliyyə məsələsi. Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımın öz ölkəsində mediaya verdiyi açıqlamalara görə, artıq Qazaxıstan və Çin bu layihəni maliyyələşdirmək istədiyini bildirib. Nazirin sözlərinə görə, layihənin həyata keçirilməsi başa çatdıqdan sonra Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu qədim İpək Yolunun müasir variantı olacaq və Qazaxıstandan keçməklə Şanxay və Honkonqa qədər uzanacaq. Bundan başqa, bu xətt Mərmərə layihəsi ilə birləşdirilərək Britaniyadan Çinə yükdaşımaları həyata keçirməyə də xidmət edəcək.


Türkiyəli nazir gələn ilin əvvəlinə qədər maliyyə işlərinin həll olunacağını, 2007-ci ilin ortalarına tikintinin başlanacağını və 2 ilə başa çatacağını da deyib.


XS
SM
MD
LG