Dekabrın 19-da Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilib.
Aksiyaya səbəb milli pul vahidi dramın dəyərdən düşməsi və qiymətlərin bahalaşmasıdır.
Aksiyaçılar hökumətə 6 bəndlik tələb təqdim etmək və bu şərtlərin dekabrın 23-dək yerinə yetirilməsini istəyirlər.
Aksiya iştiraçıları bildiriblər ki, əgər bu tələblər yerinə yetirilməsə bu hakimiyyətə baha başa gələcək sosial partlayışa səbəb olacaq.
Aksiyaçılar ilkin təlabat mallarının ucuzlaşdırılmasını, monopoliyaya son qoyulmasını, fırıldaqçılıqla Ermənistandan Rusiyaya dollar, ordan isə Ermənistana rubl köçürülməsini qadağan etməyə, ölkənin Avrasiya ittifaqına qoşulmasını dayandırmağa, həmçinin yanacaqdoldurma məntəqələrində qazın qiymətini aşağı salmağa çağırılar.
Aksiyaçılar əks halda marşurut sürücüləri ilə birlikdə tətil elan edəcəklərini bildiriblər.