#belediyye «Məntəqəyə 37 nəfər seçici gəlib, 250 nəfərin səs verdiyi rəsmiləşdirilib» http://t.co/UNtMM89seq http://t.co/lXFGwUE6KU
— AzadliqRadiosu (@RadioAzadliq) 23.12.2014
Namizədlər prezidentə teleqram vurdular
«Şamaxı poçtu prezidentə vurmaq istədiyimiz teleqramı qəbul etmədi, mən də gəldim Bakıdan Mərkəzi Poçtdan vurdum».
85 saylı Şamaxı DSK-nın 1-ci Çaylı bələdiyyəsinə namizəd Əzizbala Fətullayev AzadlıqRadiosuna deyir ki, onun namizəd olduğu ərazidə seçkiyə müdaxilə var. O, digər bələdiyyəyə namizədlərlə birgə ölkə rəhbəri İlham Əliyevdən xahiş edir ki, bunun qarşısını alsın:
«1-ci Çaylı kəndində çoxlu sosial problem var. Tibb məntəqəsi, kitabxana, mədəniyyət klubu yoxdur. Camaat da istəyir ki, bu problemlər həll olunsun, ona görə də öz inandıqları, istədikləri adamı bələdiyyə seçmək istəyirlər. Amma yerli icra nümayəndəsi seçkiyə müdaxilə edir. Öz qohum-əqrəbasını seçdirmək istəyir. Biz də bir neçə bələdiyyəyə namizəd yığışıb prezidentə teleqram göndərməyə qərar verdik».
Əzizbala Fətullayevin dediyinə görə, seçicilər səs verdikləri adamların arxasında durmaqda qərarlıdırlar:
«Kim ki gəlib səs verir, sonra da gəlib müşahidəçilərimizə səs verdiyi namizədin adını da söyləyib imzasını da atır».
MSK-dan AzadlıqRadiosuna seçkiyə müdaxilə ilə bağlı deyilənləri araşdıracaqlarını bildirdilər.