#belediyye Bələdiyyə seçkiləri açıq elan edilib http://t.co/qw0ZqmRvKN http://t.co/d1BjIsm3XI
— AzadliqRadiosu (@RadioAzadliq) 23.12.2014
12 saylı seçki dairəsində seçici aktivliyi müşahidə edilmir
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 20 saylı seçki məntəqəsində 9:35-ə olan məlumata görə, təxminən 140 nəfər seçici səsvermədə iştirak edib. Bu barədə məlumatı AzadlıqRadiosunun əməkdaşına məntəqə sədri verib. Bu dairənin 19 saylı məntəqəsində isə həmin saata olan nəticəyə görə, 10 nəfər səsvermədə iştirak edib.
AzadlıqRadiosunun əməkdaşı hər iki məntəqədə olduğu müddətdə (08:00 – 09:40) seçici aktivliyi müşahidə etməyib.
14 saylı Xəzər seçki dairəsinin 19 saylı seçki məntəqəsində olan müxbirin verdiyi məlumata görə, həmin məntəqədə seyrək də olsa seçicilər səsvermədə iştirak edirlər, saat 10:20-ə olan məlumata görə 30-35 nəfər səsverməyə qatılıb. Müşahidəçilərin oturduğu yerdən səsvermə kabinələrini müşahidə etmək mümkün olmasa da, buna görə etirazini bildirən olmayıb.
#belediyye Bəzi seçicilərin barmaqlarına mürəkkəb vurulmadan səsverməyə buraxılır http://t.co/N2yjkjp6P5 http://t.co/QPzUmJUC81
— AzadliqRadiosu (@RadioAzadliq) 23.12.2014
«YAP-dan olan namizəd Belarusda yaşayır və bugünkü seçkiyə qatılmayıb»
82 saylı Ağcabədi DSK-nn Təzəkənd bələdiyyəsinə namizəd, hakim Yeni Azərbaycan Partiyasının üzvü Kərim Cəfərov AzadlıqRadiosuna bildirib ki, namizədlər arasında 3-4 ildir Belarusda yaşayan şəxs də var: «Aynura Muxtarova adlı bir şəxsi namizəd kimi qeydə alıblar, indi də ona səs yığırlar. Halbuki, həmin qadın bir neçə ildir ki, ailəsi ilə birgə Belarusa köçüb. Hazırda seçki günüdür, amma Aynura xanım kənddə yoxdur. O əvvəl bələdiyyə üzvü olub, indi də bütün sənədləşmə onun adından aparılıb».
Kərim Cəfərov bununla bağlı MSK-nın qaynar xəttinə də məlumat verdiyini söylədi. 82 saylı Ağcabədi DSK-nın sədri Nadir Qürbətov Təzəkənd bələdiyyəsi üzrə belə bir namizədləri olduğunu təsdiqlədi. Dedi ki, Aynura Muxtarova həkimdir, YAP üzvüdür və seçkidə iştirak edir. Nadir Qürbətov Muxtarovanın bir neçə ildir Azərbaycanda olmadığı ittihamını qəbul etmir: «Əgər üç-dörd ildir burda yoxdursa, namizədliyini necə verib?»
AzadlıqRadiosu Təzəkənd bələdiyyəsinin keçmiş sədri Kamilə Qasımova ilə əlaqə saxlayıb və bələdiyyə üzvü olmuş Aynura Muxtarova ilə danışmaq istədiyini bildirsə də, Kamilə Qasımova səbəbini göstərmədən bundan imtina edib.