Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:15

İslam Dövləti 6 ayda 2 minədək adamı edam edib


İslam Dövləti adlanan yaraqlı təşkilat son 6 ayda təkcə Suriyada 1878 nəfəri edam edib.

Suriya İnsan Haqları Müşahidə qrupunun verdiyi məlumata görə İD bundan başqa özünün cihadı tərk etmək istəyən 120 əcnəbi döyüşçüsünü də qətlə yetirib.

Müşahidə qrupunun rəhbəri Rami Abdulrahman Reuters agentliyinə bildirib ki, edam olunanlardan 8-i qadın, dördü isə uşaqlardır.

O habelə bildirib ki, edam olunanların 930 nəfəri neft mədənlərinə görə İD-ə qarşı döyüşən Şeytaat tayfasının üzvləridirlər.

Edam cəzasına məhkum edilənlərin əksəriyyəti nikahdan kənar cinsi münasibətlərdə, homoseksuallıq, oğurluq və küfrdə ittiham olunanlardır.

Suriya münaqişəsinin bütün tərəflərindən informasiya toplayan Abdulrahman bildirib ki, İD həmçinin prezident Assad üçün döyüşən 502 əsgəri və anti-Assad düşərgəsindən 81 nəfəri edam edib.

O həmçnin xəbər verib ki, peşman olaraq geri qayıtmaq istəyən əcnəbi cihadçılar bir qayda olaraq Al-Zor, Raqqa və Hassake şəhərlərində edam olunublar.

XS
SM
MD
LG