-
Qalmaqallı Hollywood filmi - "Müsahibə" təkcə internetdə 4 günə 15 milyon dollar qazanıb.
Daha 3 milyon dollar isə kinoteatrlarda toplanıb.
Bu barədə filmi çəkmiş “Sony Pictures” şirkəti məlumat yayıb.
Film Şimali Koreyanın hazırkı lideri Kim Jong-una qarşı sui-qəsddən bəhs edir (Gerçək həyatda belə sui-qəsd olmayıb)
Şirkətin Şimali Koreyadan gələn kiberhücumdan sonra filmin nümayişini dayandırması və Ağ evin müdaxiləsindən sonra fikrindən daşınması filmi beynəlxalq səviyyədə diqqət mərkəzinə gətirib.
Hələ də filmə ABŞ-da məhdud sayda kinoteatrda baxmaq mümkündür.Cəmi 331 kinoteatrda.
İnternetdə son 4 gündə filmə 2 milyon adam pul ödəyərək baxıb.
Beləcə, “Müsahibə” filmi “Sony Pictures”in tarixində on-line olaraq ən çox baxılmış film olub.
Büdcəsi 44 milyon dollar olan filmin, bütün kinoteatrlarda nümayişinə icazə veriləcəyi halda, ilk həftədə 20 milyon dollar toplayacağı gözlənirdi.