Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:44

İsveçdə məsçid yanğınlarına qarşı etiraz nümayişləri keçirilib


İsveçdə bir həftə ərzində ölkə məsçidlərindən üçü üzərinə yanğın basqını edildikdən sonra anti-irqçilik kampaniyaçıları paytaxt Stokholmda nəhəng nümayiş keçiriblər.

Nümayişçilərin əllərindəki vərəqələrdə “Mənim məsçidimə toxunmayın” sözləri yazılmışdı.

Ötən çümə axşamı ölkənin şərqindəki Upsala şəhərindəki məsçidə yandırıcı bomba atılıb.

Dekabrın son günlərində Esloyev və Eskilstuna şəhərlərindəki məsçidlər yandırıcı bomba hücumuna məruz qalıb.

Anti-rasizm nümayişləri həmçninin Malmö və Gotenburq şəhərlərində də yer alıb.

İsveç hökuməti bəyan edib ki, islamofobiyaya qarşı xüsusi mübarizə proqramı üzərində işləyir.

Rəğbətlilər nümayiş zamanı Uspala məçidinin kandarını ürəkşəkilli qırmızı açıqcalarla bəzəyiblər.

Məsçidlərə basqınların araşdırılmasını aparan polis hələlik heç bir iz əldə edə bilməyib.

Müxbirlər bildirirlər ki, son aylarda mühacirət İsveçdə ən qızğın müzakirə olunan məsələdir.

İsveç bütün Avropada ən çox mühacir qəbul edən ölkə sayılır.

Hazırda İsveç əhalisinin 16 faizini xaricdə doğulanlar təşkil edirlər. Onların böyük əksəriyyəti İraq, Əfqanıstan və Suriyadan olanlardır.

XS
SM
MD
LG