Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:38

Fransa ilə Almaniya növbəti Ukrayna görüşünü şübhə altında qoyublar


Foto arxiv
Foto arxiv

Fransa ilə Almaniya Ukrayna böhranı ilə bağlı gələn həftə Astanada görüş keçirilməsini şübhə altında qoyublar.

Bu görüşdə Ukrayna, Rusiya, Fransa və Almaniyanın liderləri iştirak etməlidir.

Almaniyanın kansleri Angela Merkelin nümayəndəsi ümumiyyətlə yanvarən 15-də Astanada belə bir görüşün keçirilməsini şübhə altında qoyub.

Fransa prezidenti Francois Hollandenin nümayəndəsi isə bildirib ki, bu görüşün onda mənası olar ki, orda sentyabrın 5-də Minskdə əldə edilmiş atəşkəs sazişinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunsun.

Yanvarın 5-də Berlində böhranın həlliylə bağlı 4 tərəfli görüş keçirilib.

XS
SM
MD
LG