Ermənistanın Gümrü şəhərində yüzlərlə aksiyaçı Rusiya konsulluğuna yürüş keçiriblər.
Aksiyaçılar yanvarın 12-də 6 nəfərlik erməni ailəsini qətlə yetirməkdə şübhəli bilinən Rusiya əsgəri Valery Permyakovun Ermənistan tərəfinə verilməsini tələb ediblər.
Amma polis onların binaya yaxınalşmasına imkan verməyib.
Bundan sonra aksiyaçılar Şirak vilayət rəhbərliyinin binasına doğru hərəkət edib və binanı yumurtaya basıblar.
Daha sonra isə aksiyaçılar Şirak vilayət prokurorluğuna tərəf hərəkət ediblər.
Aksiyaçılar rusiya əsgərinin Ermənistanda məhkum olunmasını tələb ediblər.
Ermənistanın baş prokurorluğu yanvarın 13-də bildirib ki, Valery Permyakov Rusiya vətəndaşıdır və bu ölkənin konstitusiyasına görə, başqa ölkəyə verilə bilməz.
Valery Peremyakov Gümrüdəki 102 saylı Rusiya bazasında xidmət edirdi.