İraqdakı "İslam dövləti" yaraqlıları azı 200 yezidi kürdü girovluqdan azad edib.
Onlar 5 ay idi girov saxlanırdı.
Azad edilənlər əsasən qoca, xəstə insanlardır. Sağlı durumları pisdir. Aralarında 3 uşaq da var.
Güman edilir ki, yaraqlılar sadəcə onları özlərinə yük etmək istəməyiblər.