AzadlıqLive 20 yanvar buraxılışı haqda bloq burada başa çatır.
Həmin gün aşağıdakı mövzulardan danışdıq:
- 20 Yanvar şahidlərin səsiylə.
- 20 Yanvarla bağlı sərgi.
- Gümrüdə baş verənlər.
Günün sualı: 20 Yanvardan öncəki və indiki vəziyyət - nə dəyşhib?
Səsvermə burada keçirilir. Səs ver, müzakirədə sənin də fikrin olsun.
Yuxarıda növbəti günlərin mövzularını müzakirə edirik
Salam.
Yanvarın 21-də AzadliqLive başlayırıq. Günün mövzusu ilə bağlı sorğu var. ABŞ iqtisadiyyatını böhrandan çıxmağa imkan yaradan əsas şərt nədir. Sorğuya daxil olub, hazır cavablardan birni seç. Sorğunun nəticələri axşam saat 8-də, AzadliqLive canlı efirə gedəndə açıqlanacaq.
#AzadliqLive-da yanvarın 21-də http://t.co/KZFrsxwVL4
— AzadliqRadiosu (@RadioAzadliq) 21.1.2015
ABŞ özü dünya oliqarxıdır
Bakıdan Murad adlı oxucumuza yazır ki, dunya bazarı dollar üzərində qurulub. Avropa onunla rəqabətə girmək istədi, alınmadı. Mənə elə gəlir ki, Obamanın böhran dediyi şey elə ABŞ-ın öz işi idi. Məqsədi bazardakı monopoliyasını saxlamaq idi.
Sənin də Obamanın ABŞ-ın böhranı geridə qoyması haqda bəyənatına münasibətin varsa, bizə yaz. günün sualı belədir:
Amerika iqtisadiyyatındakı dönüşü sən necə izah edirədin: düzgün iqtisadi siyasət, ABŞ-ın siyasi gücü, yoxsa, əlverilşli bazar prosesləri?