Kürd qüvvələri Suriyanın Kobani şəhərini tam ələ keçirib.
Bu döyüşdə onlara ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbi-hava qüvvələri də kömək edir.
Böyük Britaniyadakı Suriya insan haqları mərkəzi şəhərin kürd qüvvələrinin nəzarətinə keçməsini təsdiqləyib.
Kobani İslam Dövləti yaraqlıları ilə döyüşdə simvola çevrilib.
Bu qruplaşma sentyabrın 16-dan bu yana şəhər uğrunda gedən döyüşlərdə 1000-dən çox döyüşçü itirib.